• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Türkiyə Suriyada Azərbaycanın hərbi təcrübəsindən istifadə edəcək

DÜNYA

21 Dekabr 2025 | 22:14

Türkiyə Suriyada Azərbaycanın hərbi təcrübəsindən istifadə edəcək

Suriya hərbi qulluqçuları artıq Türkiyədə təlim keçirlər və onların gələcək təlimləri "Azərbaycan modeli"nə uyğunlaşdırıla bilər. 

Bakıvaxtı.az xəbər evrir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Güler media nümayəndələri ilə görüşündə bildirib.

"Biz Azərbaycan, Liviya və Somaliyə təlim dəstəyi verdiyimiz kimi, onlara da eyni dəstəyi verə bilərik. Biz onların təliminə Türkiyədə başlamışıq və bu, davam edir", - deyə türkiyəli nazir bildirib.

Güler həmçinin xatırladıb ki, o, əvvəllər digər yüksək vəzifəli hərbi rəsmilər kimi Suriyaya səfər edib və bu səfərlər zamanı Suriya ordusunun imkanlarını artırmaq yolları müzakirə olunub.

O, "terrorizmə qarşı mübarizədə" Dəməşqə dəstək verməyin vacibliyini vurğulayıb və qeyd edib ki, bu istiqamətdə işlər davam edir.


SON XƏBƏRLƏR

20 Dekabr 2025