21 dekabr 2025-ci il tarixində saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan rayonu ərazisində yanğın hadisəsinin baş verməsi ilə əlaqədar çağırış daxil olub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilibş Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
18:30
Xırdalan şəhərində yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən binada baş verib.
Yanğınla əlaqədar əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Bakı 




