• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Avropa uzunmüddətli sülhə əngəl törədir - Putinin köməkçisi

DÜNYA

21 Dekabr 2025 | 15:14 | Müəllif: Subhan Mahmudov

Avropa uzunmüddətli sülhə əngəl törədir - Putinin köməkçisi

"ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə layihəsinə Avropa və Kiyev tərəfindən irəli sürülən dəyişikliklər sənədi yaxşılaşdırmır və uzunmüddətli sülhə nail olmağa əngəl törədir".

Bakıvaxtı.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

"Bu, proqnoz deyil. Mən əminəm ki, avropalıların və ukraynalıların irəli sürdüyü və ya irəli sürməyə çalışdığı təkliflər uzunmüddətli sülhə nail olmaq imkanını yaxşılaşdırmır" , - deyə o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026