• Bakı 23° C

    7.15 m/s

"Mançester Yunayted" "Aston Villa"ya uduzdu

İDMAN

21 Dekabr 2025 | 23:20 | Müəllif: Subhan Mahmudov

"Mançester Yunayted" "Aston Villa"ya uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəki mövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.

Qeyd edək ki, tura bu gecə keçiriləcək "Fulhem" - "Nottingem" görüşü ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026