• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Prezidentin köməkçisi xalq rəssamını ziyarət etdi

CƏMİYYƏT

21 Dekabr 2025 | 16:09

Prezidentin köməkçisi xalq rəssamını ziyarət etdi

Prezidentin köməkçisi Anar Ələkbərov Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, “Heydər Əliyev” ordenləri ilə təltif olunmuş Ömər Eldarovu evində ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, Anar Ələkbərov bu barədə İnstaqram hesabında paylaşım edib.

"98 yaş kimsə üçün sadəcə rəqəmdir. Ömər müəllim üçün isə bu nurla, həyat təcrübəsi və Allahın xeyir-duası ilə dolu bir ömür yoludur. Bu illər siz şərəf və ləyaqətlə yaşamısınız, təkcə daşda və bürüncdə deyil, insanların qəlbində də iz qoymusunuz.

Qoy canınız sağlam, ruhunuz gənc, təbəssümünüz isə həmişə belə işıqlı olsun. Doğum gününüz mübarək, Sənətkar", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Ömər Eldarovun bu gün 98 yaşı tamam olur.


SON XƏBƏRLƏR

20 Dekabr 2025