• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır

DÜNYA

21 Dekabr 2025 | 11:32

Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır

Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı iki ölkənin hökumətlərarası komissiyanın iclasında razılığa gəlinib.

Artırılan sərhəd keçid məntəqələri əsasən yük və sərnişin daşıma avtomobilləri üçün nəzərdə tutulur.

Hazırda Moldovanın Ukrayna ilə 7 sərhəd keçid məntəqələri varsa, üçünün əlavə açılması planlaşdırılır.

Qeyd edək ki, Ukraynada gedən müharibə səbəbindən ölkənin hava məkanı yek və sərnişin daşıma üçün bağlıdır. Bu səbəbdən də Ukraynadan dünyaya yük və sərnişin daşımaları üçün əsas ağırlıq düşən qonşu ölkə Moldovadır. Ukraynaya Azərbaycandan səfər edənlər və yük daşıyan avtomobillər də əsasən Moldova ərazisindən istifadə edirlər.


SON XƏBƏRLƏR

20 Dekabr 2025