• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Baş nazir fitə basıldı: Rədd ol!

DÜNYA

21 Dekabr 2025 | 17:11

Baş nazir fitə basıldı: Rədd ol!

Avstraliya Baş naziri Entoni Albaneze Sidneydəki Bonday çimərliyində terror hücumu qurbanlarının xatirəsinə keçirilən anım mərasimində fitə basılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliya mətbuatı məlumat yayıb.

Məlumata görə, avstraliyalılar Bonday qırğınında Albaneze və onun hökumətini günahlandırıb və onun cihadçıları ört-basdır etmək və dəstəkləmək siyasətinin antisemitizmin və kütləvi qırğınların artmasına səbəb olduğunu deyiblər.

Etirazçılar baş nazirə qarşı "Ayıb olsun!” “Rədd ol, səni burada görmək istəmirik!” İslamçıların tərəfdarı!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, dekabrın 14-də Sidneyin Bonday çimərliyində dinc insanların atəşə tutulması nəticəsində 16 nəfər həlak olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026