Los-Anceles limanında (Kaliforniya ştatı) konteyner gəmisi yanıb.
Bakıvaxtı.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə şəhərin meri Karen Bass məlumat yayıb.
"Los-Anceles limanında elektrik səbəbindən konteyner gəmisində baş verən yanğınla mübarizə aparılır. 100-dən çox yanğınsöndürən alovla mübarizə aparır, liman polisi heyətin təhlükəsizliyini təmin etməyə kömək edir", - o yazıb.
Şəhərin yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində partlayış qeydə alınıb. Son məlumatlara görə, heyətin bütün üzvləri gəmidən təxliyə edilib. Onlar xəsarət almayıblar.
Bakı 



