• Bakı 13° C

    1.99 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

ABŞ-ın sülh planını qəbul etmişik - Putin

DÜNYA

21 Noyabr 2025 | 23:51

ABŞ-ın sülh planını qəbul etmişik - Putin

Rusiya ABŞ-ın Ukrayna ilə bağlı 28 bəndlik planını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclası zamanı bildirib.

“Rusiya məqsədlərinə hərbi yolla nail olmağa köklənib. Lakin biz həm də dinc danışıqlara, problemlərin sülh yolu ilə həllinə hazırıq. Lakin bu, əlbəttə ki, təklif olunan planın bütün detallarının əsaslı şəkildə müzakirəsini tələb edir. Biz buna hazırıq", - Putin söyləyib.

Onun sözlərinə görə , Ukraynada nizamlanma üçün sülh təşəbbüsləri hələ Alyaska sammitindən əvvəl müzakirə olunub.

Putin hesab edir ki, sözügedən sənəd yekun sülh nizamlanmasının əsasını təşkil edə bilər:

“Eyni zamanda, ilkin müzakirələr zamanı ABŞ Rusiyadan operativlik nümayiş etdirməyi xahiş edib. Rusiya Ukrayna nizamlanması ilə bağlı operativ olmağa hazır olduğunu təsdiqləyib”.


SON XƏBƏRLƏR

21 Noyabr 2025