• Bakı 20° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Türkiyə əsilli Fransa vətəndaşı həbs edildi

DÜNYA

23 Sentyabr 2025 | 13:06

Türkiyə əsilli Fransa vətəndaşı həbs edildi

Türkiyə əsilli Fransa vətəndaşı Mərakeşdə həbs edilib.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, şübhəli İnterpolun məlumat bazasında aparılan axtarışdan sonra qırmızı vərəqə ilə axtarışa verilib. 

Onun fırıldaqçılıq, vergidən yayınma, çirkli pulların yuyulması və digər iqtisadi cinayətlərlə əlaqəsi olduğu iddia edilir.

Fransanın ədliyyə orqanlarının verdiyi beynəlxalq həbs qərarı əsasında Mərakeşin Kasablanka şəhərindəki V Məhəmməd Beynəlxalq Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Həbsdən sonra şübhəlinin ekstradisiyası prosesinə başlanılıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

22 Sentyabr 2025