İspaniya Amerikanın Ukrayna üçün silah alışının maliyyələşdirilməsinə qoşulacaq.
Bakıvaxtı.az "El Pais"ə istinadən xəbər verir ki, bir qədər tərəddüddən sonra Madrid NATO müttəfiqlərinin Kiyev üçün Amerika ehtiyatlarından silah aldığı PURL təşəbbüsünə qoşulmaq qərarına gəlib.
2024-cü ildə imzalanmış müqaviləyə əsasən, İspaniya artıq Ukraynaya hər il 1 milyard avro dəyərində yerli istehsal silahları tədarük edir. Madridin Amerika hərbi texnikası alması, NATO daxilində müdafiə xərcləri ilə bağlı fikir ayrılıqları fonunda Britaniya ilə ABŞ arasında yaranmış gərginliyi azaltmağa kömək edə bilər.
Təşəbbüs iyulun 14-də ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb. Sentyabrın 17-də alyansın Kiyevdəki nümayəndəsi Patrik Turner Amerikanın Ukraynaya silah tədarükünün davam etdiyini açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, ölkə son vaxtlar Qərb müttəfiqlərindən ayda 2 milyard dollara qədər hərbi yardım alır.
Moskva dəfələrlə vurğulayıb ki, Qərbin Kiyevə silah göndərməsi və Ukrayna qoşunlarının təliminə yardım etməsi sadəcə olaraq münaqişənin müddətini uzadır və döyüş meydanındakı vəziyyəti dəyişmir.
Gülşən Şərif