• Bakı 14° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Gürcüstan DİN Türkiyə ilə qəzanı müzakirə ediblər

DÜNYA

22 Noyabr 2025 | 11:42

Gürcüstan DİN Türkiyə ilə qəzanı müzakirə ediblər

Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru, general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, Yaşar Kadıoğlu qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti Gürcüstan tərəfi ilə birlikdə hadisə yerində axtarış-xilasetmə və istintaq proseslərində iştirak edib.

Görüş zamanı general-leytenant Kadıoğlu səmərəli əməkdaşlığa və yüksək koordinasiyaya görə Geka Geladzeyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qəza bölgəsində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və yüksək standartlara uyğun fəaliyyəti ilə seçilib.

Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, səfirliyin digər nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 11 noyabrda Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.


SON XƏBƏRLƏR

21 Noyabr 2025