Moskvada avtomobili partladılan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, Moskvanın Yasenevaya küçəsində avtomobilin altına qoyulmuş partlayıcı qurğu partladılıb və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Hazırlıq İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
***
10:21
Moskvada avtomobil partlayıb, sürücü ağır yaralanıb. Avtomobili partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rəsmi qurumlar tərəfindən Fanil Sarvarova sui-qəsd cəhdi kimi dəyərləndirilib.
Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub.
Hadisənin səbəbləri araşdırılır.
Bakı 




