Venesuela neft satışından ilk 500 milyon dolların 300 milyon dollarını əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez bildirib.
O qeyd edib ki, gəlir Mərkəzi Banka daxil olub və iqtisadi sabitliyin təmin olunmasına yönəldiləcək.
Ağ Ev sözçüsü Karolin Livit isə ABŞ ilə Venesuela arasında 500 milyon dollarlıq neft müqaviləsi olduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Venesueladan 30–50 milyon barel neft tədarük olunacağını açıqlayıb.
Əli Hüseynov
Bakı 



