İspaniyanın Kataloniya bölgəsində - Barselonada şəhərətrafı qatar relslərə çökmüş istinad divarına çırpılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə qatarın maşinisti həlak olub, 20 nəfər yaralanıb.
Qeyd olunub ki, hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınlar göndərilib.
Xatırladaq ki, yanvarın 18-də Əndəlüs bölgəsində baş verən qəzada 42 nəfər ölüb, 39 yaralı isə hələ də xəstəxanadadır.
Əli Hüseynov
Bakı 



