Rumıniya hakimiyyəti 2026-cı ilin yanvar ayında Ukraynaya hərbi texnika daşınması üçün ikinci ən böyük koordinasiya və tranzit mərkəzi açmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə şənbə günü defenseromania.ro saytı NATO-nun Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandan müavini Mayk Kellerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, mərkəzin yaradılması ehtiyat silah təchizatı axınını təmin etmək, NATO-nun şərq cinahının logistik dayanıqlığını gücləndirmək və Polşanın Rzeszov şəhərində fəaliyyət göstərən mərkəzin yükünü azaltmaq məqsədi daşıyır.
Yeni logistika mərkəzi birbaşa NATO komandanlığı altında olacaq və artilleriya, hava hücumundan müdafiə və elektron müharibə avadanlıqlarına dair tələbləri yerinə yetirəcək.
Əli Hüseynov
Bakı 




