24 fevral 2022-ci ildən indiyə qədər Rusiya qüvvələrinin döyüş itkiləri təxminən 1 milyon 197 min 860 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, son bir gündə 1 120 rusiyalı hərbçi öldürülüb.
Eyni zamanda, Ukrayna qüvvələri 11 min 438 tank, 23 min 772 zirehli döyüş maşını, 35 min 308 artilleriya sistemi və digər hərbi texnikanı məhv edib.
Həmçinin 432 təyyarə, 347 helikopter və 92 min 713 PUA daxil olmaqla, müxtəlif əməliyyat və taktiki səviyyəli texnika yararsız hala gətirilib.
Əli Hüseynov
Bakı 




