ABŞ Prezidenti Donald Tramp “H-1B” iş vizası üçün müraciət haqqını 100 min dollara qaldırıb.
Bakıvaxtı.az xəbər verir ki, yeni qayda texnologiya və digər yüksək ixtisas tələb edən sahələrdə xarici işçilərin işə götürülməsini çətinləşdirə bilər.
Ekspertlər bildirirlər ki, bu addım innovasiya proseslərini ləngidərək ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Ağ Ev rəsmiləri həkimlərin bu ödənişdən azad oluna biləcəyini açıqlayıblar. Şirkətlər yüksək xərclərə görə fəaliyyətlərini ABŞ-dan kənara köçürməyi nəzərdən keçirə bilərlər.
Əli Hüseynov