• Bakı 21° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Ursula fon der Leyen: Qəzza üçün donor qrupu yaradılacaq

DÜNYA

23 Sentyabr 2025 | 13:50

Ursula fon der Leyen: Qəzza üçün donor qrupu yaradılacaq

Gələcəkdə formalaşacaq hər bir Fələstin dövləti həyat qabiliyyətli olmalıdır.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyanat yayıb.

Onun sözlərinə görə, yeganə real sülh planı təhlükəsiz İsrail, həyat qabiliyyətli Fələstin dövləti və Həmas təhlükəsinin aradan qaldırılmasından ibarətdir:

"Müharibənin başlanğıcından Avropa Fələstin administrasiyasının həyati dayağı olub, amma daha çox işlər görməliyik. Buna görə də biz Fələstin üçün donorlar qrupunu yaradacağıq. Biz avropalılar digər donorların səyləri ilə koordinasiyada Qəzzanın bərpası üçün xüsusi mexanizm yaradacağıq. Qəzza bərpa olunmalıdır".

BMT və Dünya Bankının hesabatına görə, 2024-cü ilin yanvar ayının sonuna qədər Qəzza sektorunun infrastrukturuna dəymiş ümumi zərər 18,5 milyard dollar təşkil edib. Bu zərər yaşayış binalarına, kommersiya fəaliyyətinə, sənayeyə, eləcə də təhsil, səhiyyə və energetika kimi vacib xidmətlərə ciddi təsir göstərib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

22 Sentyabr 2025