• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Pakistanda terror - 5 polis əməkdaşı həlak oldu

DÜNYA

23 Dekabr 2025 | 13:46

Pakistanda terror - 5 polis əməkdaşı həlak oldu

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində törədilən terror aktı nəticəsində ən azı beş polis əməkdaşı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarını daşıyan nəqliyyat vasitəsi Qaraqri Banda rayonunda terrorçular tərəfindən pusquya salınıb. Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və antiterror əməliyyatı aparır.

Pakistanın Baş naziri Şahbaz Şərif polis məmurlarına edilən hücumu pisləyib və onların ailələrinə başsağlığı verib.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR