Azad olunmuş ərazilərdə minatəmizləmə sahəsində özəl şirkətlər fəaliyyətə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə ANAMA ilə birgə müvafiq dövlət qurumları, 1 qeyri-hökumət təşkilatı və 5 özəl şirkət cəlb olunub. Fəaliyyət dövründə özəl şirkətlər tərəfindən 36 min hektardan çox ərazi mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib, 21 min ədəddən çox mina və partlamamış hərbi sursat aşkar edilib.
Bakı 




