• Bakı C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Tofiq Bəhramovun nəvəsi vəzifəsindən azad edildi

CƏMİYYƏT

23 Dekabr 2025 | 16:54

Tofiq Bəhramovun nəvəsi vəzifəsindən azad edildi

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi, gömrük polkovniki Tofiq Bəhmən oğlu Bəhramov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.

Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.


SON XƏBƏRLƏR