ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistanın 2026-cı ildə Florida ştatının Mayami şəhərində keçiriləcək İyirmilik Qrupunun (G20) zirvə toplantısına qonaq qismində dəvət olunacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da məlumat paylaşıb.
O, ABŞ-ın bu iki ölkə ilə münasibətlərinin əla olduğunu qeyd edib.
"Amerika Birləşmiş Ştatları gələn il G20 zirvə toplantısına ev sahibliyi edəcək və hər iki lideri Mayamidəki bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmağa dəvət edəcəyik", - deyə Tramp bildirib.
Bakı 




