• Bakı C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

“Narkotik istifadə etsəm də, satmamışam” - Qalmaqal böyüyür

DÜNYA

23 Dekabr 2025 | 19:20

“Narkotik istifadə etsəm də, satmamışam” - Qalmaqal böyüyür

Türkiyədə məşhurların daxil olduğu genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində həbs olunan tanınmış xəbər aparıcısı Ela Rümeysa Cebeci növbəti dəfə ifadə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Hazırda həbsxanada olan Cebeci əvvəlki ifadələrindən fərqli olaraq, narkotik istifadə etdiyini etiraf edib:

“Heç vaxt heç kimə narkotik satmamışam və verməmişəm. Lakin qanımda və vatsap mesajlarımda istifadəyə dair dəlillər ortaya çıxıb. Keçmişdə narkotik istifadə etmişəm, amma bu, heç vaxt kokain və ya kimyəvi maddə olmayıb. Marixuana istifadəsinin cinayət olduğunu bilmirdim. Xaricdə bəzi ölkələrdə qanuni olduğu üçün belə bir səhvə yol vermişəm”.

Cebeci ifadəsində adının hallandığı iş adamı, “Fənərbaxça” prezidenti Sadettin Saran ilə əlaqəsinə də toxunub. O, Saran ilə 2021-ci ildə sevgili olduqlarını, daha sonra isə münasibətlərini dost olaraq davam etdirdiklərini təsdiqləyib.

O, kokain istifadə etmədiyini sübut etmək üçün saç və qan nümunələrinin yenidən götürülməsini tələb edib:

“Mən satıcı deyiləm, istifadəçiyəm. Daha sonra geri qayıdıb bildiyim hər şeyi və nüfuzuma dəyən ziyanı ətraflı izah edəcəyəm”./Qafqazinfo


SON XƏBƏRLƏR