Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkianla təkbətək görüşdə olub.
Bakıvaxtı.az xəbər verir ki, “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” konfransı çərçivəsində keçirilən görüş zamanı tərəflər iki ölkə arasındakı tarixi qədimlikdən söz açıb.
Bahar Muradova bildirib ki, Araz çayı əslində iki ölkəni ayıran yox, birləşdirən dəyərdir. Aramızdakı əlaqələr isə günü-gündən daha da genişlənir:
“Bugünkü formatda iştirakınız isə bizim üçün çox dəyərlidir və biz bundan məmnunluq duyuruq”.
Onun sözlərinə görə, açılış sessiyası olduqca yaxşı keçdi və hər kəs öz ölkəsi ilə bağlı məlumatları ötürdü:
“Qarşıdakı dönəmdə də bu formatda iştirak edən ölkələrin fikirlərini praktiki olaraq da icra edə bilərik”.
Zəhra Pezeşkian da öz növbəsində görüşdən məmnunluğunu bildirib.
Onun sözlərinə görə, İran prezidenti özü Zəhra Pezeşkianın bu konfransda iştirak etməyini istəyib.
Zeynəb Rzayeva
Bakı 




