Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahədə ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı 




