• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Qətər uşaqlarının rəqəmsal və ümumi müdafiəsi qanunvericiliklə gücləndirilir

CƏMİYYƏT

23 Dekabr 2025 | 11:46

Qətər uşaqlarının rəqəmsal və ümumi müdafiəsi qanunvericiliklə gücləndirilir

“Qətərdə uşaqların və ailənin müdafiəsi qanunvericiliklə təmin edilir. 2014-cü ildə qəbul edilmiş Kiber Cinayətlər Qanunu (№14) uşaqların onlayn istismar və laqeydlikdən qorunmasını nəzərdə tutur və uşaqların hüquqlarını pozan şəxsləri cəzalandırır. 2016-cı ildə qüvvəyə minmiş Məxfilik və Şəxsi Məlumatların Qorunması Qanunu (№13) isə uşaqların məlumatlarının valideyn razılığı olmadan toplanmasının qarşısını alır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Qətərin Sosial İnkişaf və Ailə Nazirliyində Ailə İşləri üzrə köməkçi katib Sheikha Bint Jassim Al Thani Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu qanunvericilik maddələri uşaqları texnologiyanın neqativ təsirlərindən qorumağı və hüquqlarını pozanlara qarşı sərt tədbirlər görməyi təmin edir. Eyni zamanda, uşaqlara və analığa xüsusi diqqət yetirilir:

“Qətərin 2030 Gündəliyi də uşaqlar üçün əsas sahələri əhatə edir: təhsil, bacarıqların inkişafı, sağlamlıq və profilaktik müalicə. Dövlətin beynəlxalq uşaq hüquqları müqavilələrinə öhdəlikləri xüsusilə yeni texnologiyalar sahəsində qorunmanı gücləndirir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

22 Dekabr 2025