2026-cı ildə xaricdə yaşayan Qabil Məmmədov, Tural Sadıqlı, Qurban Məmmədov və digər şəxslərin Azərbaycana gətirilib-gətirilməyəcəyi məsələsi müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, gələn il onların Azərbaycana ekstradisiyası mümkündürmü?
Bakıvaxtı.az-ın məlumatına görə, mövzu ilə bağlı konkret.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu proses birbaşa həmin şəxslərin yaşadıqları ölkələrin mövqeyindən və Azərbaycanla həmin dövlətlər arasında mövcud olan hüquqi mexanizmlərdən asılıdır.
Onun sözlərinə görə, əgər həmin ölkələrlə Azərbaycan arasında ekstradisiya və ya məhkumların verilməsi ilə bağlı ikitərəfli sazişlər mövcuddursa və şəxslər barəsində məhkəmə hökmü çıxarılıbsa, onların Azərbaycana təhvil verilməsi mümkündür.
“Bu məsələ tam şəkildə onların yaşadığı ölkələrin qanunvericiliyindən asılıdır. Əgər həmin şəxslər olduqları ölkənin qanunlarını pozmayıblarsa və o dövlətin hüquqi sistemində belə bir saziş nəzərdə tutulmayıbsa, onların verilməsi baş tutmaya bilər. Terrorçuluq və ağır cinayətlər kimi hallar istisna olmaqla, hər bir qərar fərdi qaydada və beynəlxalq hüquq çərçivəsində qiymətləndirilir”, – deyə Novella Cəfəroğlu vurğulayıb.
Hüquq müdafiəçisi əlavə edib ki, son qərar yalnız Azərbaycan tərəfinin deyil, eyni zamanda həmin şəxslərin yerləşdiyi ölkələrin hüquqi və siyasi iradəsindən asılıdır.
Bakı 




