• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Efirə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

HADİSƏ

23 Dekabr 2025 | 13:24

Efirə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

"Dünya TV"nin efirinə çıxmaq istəyən qadın müğənni dələduzluğun qurbanı olub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, müğənni kimi fəaliyyət göstərən Zeynəb Qasımova tanışı Əlizamin Məmmədova (soyadlar şərtidir) Sumqayıtda yerləşən "Dünya TV"nin efirinə çıxmaq istədiyini bildirib.

Əlizamin bunu 800 manat qarşılığında edə biləcəyini deyib.

Müğənnidən 800 manat alan Əlizamin ona telekanalın əməkdaşları tərəfindən telefon zəngi gələcəyini söyləyib. Zeynəb inanaraq zəngi gözləyib, amma bu baş verməyib. Əlizamin isə Zeynəbdən aldığı pulu xərcləyib.

Qarşı tərəfdən pulunu istəyən ifaçı yalnız 70 manat ala bilib. Pulun qalan hissəsini ala bilməyən Zeynəb Qasımova məhkəməyə üz tutub. Məhkəmə Əlizamin Məmmədova 1 500 manat cərimə kəsib. İndi təqsirləndirilən şəxslə müğənni arasında əldə olunan razılığa əsasən, Əlizamin Zeynəbə hər ay 50 manat ödəməklə pulunu qaytaracaq.


SON XƏBƏRLƏR