Ağsuda pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs həbs edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Reyd zamanı işlədiyi avtomobil təmiri sexində pirotexniki vasitələrin satışını həyata keçirən Seymur Novruzov müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. O, 8 sutka inzibati qaydada həbs olunub.
Bakı 





