• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir dedi - VİDEO

CƏMİYYƏT

23 Dekabr 2025 | 11:05 | Müəllif: Qalib İbrahimoğlu

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir dedi - VİDEO

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıdadır.

Bakıvaxtı.az xatırladır ki, prezidentin qızı “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda iştirak edir.

Zəhra Pezeşkian tədbirdəki çıxışını Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir bəndlə yekunlaşdırıb:

Əmməcanın bal bələlsin yeyərdim,

Sondan durub üs donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Zeynəb Rzayeva

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR