• Bakı C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

SOCAR Türkiyəyə 19 mlrd. ABŞ dolları sərmayə qoyub

İQTİSADİYYAT

23 Dekabr 2025 | 10:24

SOCAR Türkiyəyə 19 mlrd. ABŞ dolları sərmayə qoyub

Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan Türkiyə İnvestisiya Forumunda deyib.

"Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq regionuna nəql olunur", - Əli Əsədov bildirib.

"Yeri gəlmişkən SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirmişdir. Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir" - Baş nazir qeyd edib./APA


SON XƏBƏRLƏR

22 Dekabr 2025