• Bakı -0° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Azərbaycan Ukraynaya bu məhsulun satışını kəskin artırdı

İQTİSADİYYAT

21 Yanvar 2026 | 18:56

Azərbaycan Ukraynaya bu məhsulun satışını kəskin artırdı

Ötən ilin ilk 11 ayında Azərbaycan 163,4 milyon ABŞ dolları dəyərində 520 min 989 ton karbamid ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki Report-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 1,8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynaya 123,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,2 dəfə çox) 388 min 299 ton (+51 %), Kanadaya 20,5 milyon ABŞ dolları dəyərində 70 min 242 ton (1 il əvvəl tədarük olmayıb), Argentinaya 6,1 milyon ABŞ dolları dəyərində (+8,9 dəfə) 22 min 408 ton (+7,6 dəfə), Hindistana 4,7 milyon ABŞ dolları dəyərində 13 min ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 3,7 milyon ABŞ dolları dəyərində (-78 %) 10 min 900 ton (-87 %) məhsul satıb.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 564 922 ton karbamidin 50 %-i Ukraynanın payına düşüb.


SON XƏBƏRLƏR