• Bakı 16° C

    1.69 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İstanbulda Azərbaycan məktəbi yaradılacaq

SİYASƏT

23 Dekabr 2025 | 12:10 | Müəllif: Əli Hüseynov

İstanbulda Azərbaycan məktəbi yaradılacaq

İstanbulda ibtidai, orta məktəb və lisey səviyyələrində fəaliyyət göstərəcək Azərbaycan təhsil müəssisəsi yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il Sazişə Əlavə Protokol”un təsdiqi ilə nəzərdə tutulur. Protokol məktəb binalarının istifadəsi, idarəetmə, maliyyə, təmir-bərpa və təhsil fəaliyyətinin təşkili məsələlərini tənzimləyir.

Azərbaycan məktəbində təhsil Azərbaycan dövlət proqramları və beynəlxalq proqramlar əsasında aparılacaq, türk dili və fənləri tədris olunacaq, müəllim heyəti təmin ediləcək, maaşlar ödəniləcək və müvafiq yaşama icazələri veriləcək.

Binalar yalnız təhsil məqsədləri üçün istifadə olunacaq, tədris dayandırıldıqda istifadəyə xitam veriləcək, təmir və əlavə tikinti işləri isə istifadəyə verən tərəfin məsuliyyətində olacaq. Maliyyə və vergi məsələləri tərəflərin milli qanunvericiliyinə uyğun tənzimlənəcək.

Qanun layihəsi bir oxunuşda qəbul edilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026