• Bakı C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Yeni direktor müavinləri kollektivə təqdim edildi

CƏMİYYƏT

23 Dekabr 2025 | 10:15

Yeni direktor müavinləri kollektivə təqdim edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən, Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan Mehriban Qasımova və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktor müavini vəzifəsinə təyin olunan İsmayıl Məmmədov kollektivə təqdim olunublar.

Bu barədə Bakıvaxtı.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, təqdimat mərasimlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kolleclərin kollektivləri iştirak ediblər.

Görüşlərdə bildirilib ki, yeni təyinatlar orta ixtisas təhsili müəssisələrində həyata keçirilən kadr islahatlarının mühüm tərkib hissəsidir. Eyni zamanda, təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmaların tətbiqi və strateji idarəetmə mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

22 Dekabr 2025