• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi

CƏMİYYƏT

23 Dekabr 2025 | 12:15

Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi

Rusiya genetikləri əvvəllər məlum olmayan DNT dəyişikliklərini aşkar edib. Bu dəyişikliklər Qafqaz, o cümlədən Azərbaycan sakinlərinə yüksək hündürlükdə, oksigen çatışmazlığı olan şəraitdə rahat yaşamağa imkan verir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Tədqiqat zamanı hipoksiyaya uyğunlaşma və genom qorunmasından məsul olan EGLN1 və SPRTN genlərinin unikal variantları aşkar edilib. Bu cür mutasiyalara dünyanın digər dağlıq bölgələrində rast gəlinmir”, - məlumatda deyilib.

Alimlər Qafqazı təkamül laboratoriyası adlandırıb və qeyd ediblər ki, bu kəşf ürək və ağciyər xəstəliklərinin müalicəsi də daxil olmaqla tibb üçün faydalı ola bilər./Axar.az


SON XƏBƏRLƏR

22 Dekabr 2025