Milli Məclis hakimlərin xidməti vəsiqələrinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq olunması və Şura sədri tərəfindən təqdim edilməsini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu dəyişikliklərlə “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda uyğunlaşma təmin olunur. Məqsəd məhkəmə hakimiyyətinin müstəqilliyini və Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərini nəzərə alaraq xidməti vəsiqələrin vahid qaydada təqdim edilməsidir.
Əvvəlki qanuna əsasən hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi. Yeni dəyişikliklə, “Hakimlərin xidməti vəsiqəsi haqqında” qanun və Əsasnamə ləğv edilir. Eyni prinsip prokurorluq işçilərinin xidməti vəsiqələrinə də tətbiq olunub: nümunələr Baş prokuror tərəfindən təsdiq edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Əli Hüseynov
Bakı 




