“Rəqəmsal təhlükələr qlobal xarakter daşıdığı üçün cavab tədbirləri də beynəlxalq əməkdaşlıq əsasında həyata keçirilməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, uşaqların həyatında rəqəmsal mühit artıq olduqca önəmli sahədir. Təhsil, ünsiyyət, oyun, şəxsiyyətin formalaşması və dünyanı anlama prosesi rəqəmsal texnologiyalarla sıx bağlıdır. Digital platformalar və süni intellekt uşaqlıq təcrübəsini formalaşdırır və yeni imkanlarla yanaşı, sürətlə inkişaf edən risklər də yaradır:
“Uşaqlar onlayn təcavüz, kibertəzyiq, grooming, seksual istismar, insan alveri və şantaj kimi təhlükələrlə qarşılaşır. Bu risklər xüsusilə əlil uşaqlar, valideyn himayəsindən məhrum uşaqlar, aşağı gəlirli ailələrdən olan və diskriminasiyaya məruz qalan uşaqlara daha ciddi təsir göstərir”.
Zeynəb Rzayeva
Bakı 




