Dekabrın 23-də Bakıda 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır", deyə məlumatda qeyd olunub.
***
12:52
Bakıda uşaq bağçasında baş verən yanğının qarşısı alınıb.
Bakıvaxtı.az xəbər verir ki, yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
***
12:29
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.
Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.
Bakı 




