• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Bu şəxslərə 200 manat ödəniləcək - RƏSMİ

İQTİSADİYYAT

23 Dekabr 2025 | 11:32

Bu şəxslərə 200 manat ödəniləcək - RƏSMİ

Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.

Deputat bildirib ki, Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni, hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar:

"Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq".

V.Bayramovun sözlərinə görə, yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur:

"Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək".

Millət vəkioli vurğulayıb ki, yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq:

"200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan və artıq təyin olunmuş ailələrə şamil olunur". 


SON XƏBƏRLƏR

22 Dekabr 2025