• Bakı C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

İQTİSADİYYAT

23 Dekabr 2025 | 09:51

Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir

Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, müxtəlif dövlət və özəl qurumların, işgüzar birliklərin və palataların nümayəndələri iştirak edir.

Forumda regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və IV Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.

Xatırladaq ki, I Azərbaycan–Türkiyə İnvestisiya Forumu 2023-cü ilin dekabr ayında keçirilib.


SON XƏBƏRLƏR

22 Dekabr 2025