• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

Azərbaycanla Kuba arasında isəhiyyədə sıx əməkdaşlıq mövcuddur

CƏMİYYƏT

23 Dekabr 2025 | 11:44

Azərbaycanla Kuba arasında isəhiyyədə sıx əməkdaşlıq mövcuddur

Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Səniyyə Nazirliyindən bildirilib.

Məlumata görə, görüş zamanı Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyədə sıx əməkdaşlığın mövcudluğu bildirilib.

2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadaların Azərbaycana gəlməsinin ölkələrimiz arasında, o cümlədən səhiyyə sahəsində ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

2023-cü ildə Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Kubaya səfəri zamanı iki ölkənin nazirlikləri arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayan tərəflər bu sənədin səhiyyə və tibb elminin inkişafı sahəsində ikitərəfli əlaqələrin möhkəmlənməsinə, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsinə töhfə verdiyini qeyd ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

22 Dekabr 2025