• Bakı C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9924

    RUB - 2.1118

ABŞ HHQ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirdi

DÜNYA

23 Dekabr 2025 | 10:33

ABŞ HHQ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirdi

"ABŞ ordusu Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olan daha bir gəmiyə zərbə endirib və nəticədə bir heyət üzvü həlak olub". 

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Cənub Komandanlığı bildirib.

ABŞ Cənub Komandanlığının sosial media hesabında verdiyi açıqlamada deyilir: "22 dekabrda müharibə naziri Pit Heqsetin göstərişi ilə Birgə Əməliyyat Qrupu olan "Cənubi Nizə" beynəlxalq sularda terror təşkilatları tərəfindən idarə olunan gəmiyə ölümcül kinetik zərbə endirib".

Məlumatda gəmidə olan bir nəfərin öldüyü bildirilir. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

22 Dekabr 2025