• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Bahar Muradova: Uşaqların müdafiəsi üçün vahid yanaşma vacibdir

CƏMİYYƏT

23 Dekabr 2025 | 16:09

Bahar Muradova: Uşaqların müdafiəsi üçün vahid yanaşma vacibdir

Beynəlxalq əməkdaşlıq, vahid çərçivələr və standartlar bu sahədə mübarizənin əsas şərtləridir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” konfransda səsləndirilib.

Tədbirin yekun nitqini söyləyən sədr bildirib ki, hər kəsin fərqli yanaşması və alətləri ola bilər, lakin vahid məqsədə yönəlmiş koordinasiya mütləqdir.

Onun sözlərinə görə, bugünkü müzakirələrdə də məhz bu yanaşma öz əksini tapdı. Müxtəlif ölkələrin təcrübələri bir-biri ilə uzlaşdırıla, birləşdirilə bilər:

“Bu da bizim əsas niyyətimizdir: formatın davamlı olmasını təmin etmək və müsbət təcrübələri paylaşmaq.

Gələcəkdə bu istiqamətdə işlərin məntiqi nəticəyə çatdırılması üçün səylər davam etdiriləcək. Ən əsası isə bütün tərəflərlə əməkdaşlıq davamlı olacaq”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR