Amerikanın ən populyar lotereyalarından biri olan “Powerball”un cekpotu 1,7 milyard dollara çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat verilib.
Bildirilib ki, 22 dekabrda keçirilən son tirajda qalib müəyyən edilməyib, bundan sonra “Powerball” cekpotu artıb. Qeyd olunur ki, qalib növbəti tirajın keçirildiyi 24 dekabrda elan edilə bilər.
Tarixin ən böyük Powerball cekpotu olan 2,04 milyard dollar 7 noyabr 2022-ci ildə qazanılıb. Qalib Kaliforniya sakini Edvin Kastro olub və vergilərdən sonra 1 milyard dollardan bir qədər az pul qazanıb.
Bakı 




