• Bakı C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Kurık və Ələt arasında altı yeni bərə istismara verəcək

DÜNYA

23 Dekabr 2025 | 20:40

Kurık və Ələt arasında altı yeni bərə istismara verəcək

Gələn ildən etibarən Kurık və Ələt limanları arasında altı bərənin istismara verilməsi planlaşdırılır.

Bakıvaxtı.az “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Mangistau vilayətinin icra hakimi Nurdaulet Kılıbay məlumat verib.

Onun sözlərinə görə, layihə Qazaxıstanın bərə donanmasının formalaşdırılmasına, yük dövriyyəsinin artırılmasına və dəniz gəmiçiliyinin inkişafına töhfə verəcək.

“Hazırda iki bərə artıq Xəzər dənizi akvatoriyasına daxil olub. Onlar 2026-cı ilin birinci yarısında xəttə buraxılacaq. Sonrakı mərhələdə hər il iki bərə əlavə olunacaq və 2028-ci ilə qədər bütün altı gəmi tam şəkildə fəaliyyət göstərəcək”, – deyə vilayət rəhbəri bildirib.

Qeyd edilib ki, bu il Mangistau vilayəti ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 20 faiz artaraq 2,5 milyon tona çatıb. “Semurg Invest” şirkəti 2027-ci ilə qədər donanmasını altı gəmiyə qədər genişləndirməyi planlaşdırır. Cari ildə yükqaldırma qabiliyyəti 7 min ton olan bir gəmi xəttə çıxarılıb.

2026-cı ildə vilayətdə yeni dəniz limanının tikintisinə başlanılması nəzərdə tutulur.


SON XƏBƏRLƏR