• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Çindən ABŞ-a XƏBƏRDARLIQ: cavab veriləcək!

DÜNYA

23 Dekabr 2025 | 19:42 | Müəllif: Subhan Mahmudov

Çindən ABŞ-a XƏBƏRDARLIQ: cavab veriləcək!

ABŞ-ın xarici istehsallı dronların satışına qoyduğu qadağaya cavab olaraq Çin hakimiyyəti qətiyyətli əks-tədbirlər görəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin məlumatında deyilir.

"Çin ABŞ-ın yanlış hərəkətləri dayandırmasını və dərhal bu cür tədbirlərdən imtina etməsini tələb edir. Əgər ABŞ bu yolu davam etdirərsə, Çin qətiyyətlə lazımi tədbirlər görəcək və Çin müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək", - deyə bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın rabitə əlaqələri üzrə federal komissiyası milli təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək ölkədə xarici istehsallı dronların satışının qadağan edildiyini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR