• Bakı C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Prezident Kərkicahanın 13 günlük sakinini belə salamladı - VİDEO

CƏMİYYƏT

23 Dekabr 2025 | 21:34

Prezident Kərkicahanın 13 günlük sakinini belə salamladı - VİDEO

Xəbər verdiyimiz Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev sakinləri salamlayıb.

Dövlət başçısı səfər çərçivəsində qəsəbə sakini Yadigar Əsədovanın evində olub.

Sakin: Xoş gəlmisən!

Prezident İlham Əliyev: Siz də doğma vətənə xoş gəlmişsiniz!

Qadın sakin: Allah səni saxlasın. Millətimizi öz vətəninə gətirdin, çox sağ ol.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Sakin: Gəncədə yataqxanada.

Prezident İlham Əliyev: Bala neçə aylıqdır?

Sakinlər: 13 günlükdür.

Prezident İlham Əliyev: 13 günlük? (gülür) Maşallah! Gəncədə doğulub?

Sakinlər: Bəli.

Prezident İlham Əliyev: Təbrik edirəm bir daha.

 

 

 


SON XƏBƏRLƏR