• Bakı C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi məlum oldu

İQTİSADİYYAT

23 Dekabr 2025 | 19:39

Azərbaycandan Portuqaliyaya ixrac olunan neftin həcmi məlum oldu

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Portuqaliyaya 430,7 milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 803,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 200,5 milyon ABŞ dolları və ya 31,8 faiz , həcm baxımından isə 201,6 min ton və ya 20,1 faiz azdır.

Hesabat dövrü ərzində Portuqaliya Azərbaycanın ən çox neft və neft məhsulları ixrac etdiyi ölkələrin arasında altıncı yer tutub.

Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb..


SON XƏBƏRLƏR