• Bakı C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.1637

Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək

CƏMİYYƏT

23 Dekabr 2025 | 17:43

Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək

Dövlət rəmzləri və təltifləri özündə saxlayan, əks etdirən və ya təqlid edən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Patent haqqında" qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qadağan edilən atributlar aşağıdakılardır:

- dövlət rəmzləri (bayraq, gerb), pul nişanları, onların adları və tanınan hissələri,

- beynəlxalq və hökumətlərarası təşkilatların qısaldılmış və ya tam adları, onların bayraqları, gerbləri, digər rəmz və nişanları, habelə həmin rəmz və nişanların adları və tanınan hissələri;

- təltiflər, rəsmi nişanlar, nəzarət damğaları, rəsmi işarələr, möhürlər, fərqlənmə nişanları, onların adları və tanınan hissələri;

- istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun) razılığı olmadan həmin dövlətə məxsus olan mədəni (o cümlədən etnik və dini) irs obyektlərinin rəsmi adları, təsviri və ya onların tanınan hissələri.

Sənədə əsasən, göstərilənlər istənilən dövlətin müvafiq səlahiyyətli orqanının (qurumunun), beynəlxalq və hökumətlərarası təşkilatın səlahiyyətli orqanının razılığı olduğu təqdirdə, qorunmayan element kimi sənaye nümunəsinə daxil edilə biləcək.


SON XƏBƏRLƏR